Azərbaycan banklarının 2022-ci ildə mənfəəti 1,5 dəfə artırıb

20:19 | 25.01.2023
Azərbaycan banklarının 2022-ci ildə mənfəəti 1,5 dəfə artırıb

Azərbaycan banklarının 2022-ci ildə mənfəəti 1,5 dəfə artırıb

31 dekabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri rekord səviyyəyə 47 milyard 54,9 milyon manata çatıb. Bir il qabaq Azərbaycanda bankların aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ildə bankların aktivləri 22,3% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

2022-ci ilin  dekabrında bankların aktivləri 3,4% və ya 1 milyard 564,7 milyon manat artıb.

2022-ci ilin sonuna bankların kredit portfeli 19 milyard 594,35 milyon manat təşkil edib (2021-ci ilin sonu ilə müqayisədə 17,6% artım).

Azərbaycanda bankların ümumi kapitallaşması 5 milyard 622,09 milyon manat təşkil edir (artım 13,1%).

Bankların öhdəlikləri 41 milyard 432,8 milyon manata (artım 23,7%) bərabərdir. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 217 milyon manat (32% azalma) səviyyəsində qiymətləndirilir. Banklardakı depozit portfeli 33 milyard 762,56 milyon manat (artım 25,3 faiz), o cümlədən əhalinin əmanətləri 11 milyard 482,95 milyon manat (artım 27,1 faiz) təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2022-ci ildə bankların ümumi xalis mənfəəti 914,47 milyon manat təşkil edib (2021-ci illə müqayisədə 50,2% artım).

Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 738,8 milyon manat (artım 30 faiz), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 194,4 milyon manat (artım 28,5 faiz) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 1 milyard 215,97 milyon manat (artım 38,8%) olub.

Bankların faiz xərcləri 657,8 milyon manat (artım 22,2%), o cümlədən depozitlər 458,98 milyon manat (artım 26,7%) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 1 milyard 885,2 milyon manat (artım 28,2%), əməliyyat mənfəəti 1 milyard 371,35 milyon manat (artım 45,5%) olub. 

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 1 milyard 175,96 milyon manat (artım 1,5 dəfə), mənfəət vergisi ödənişləri 261,48 milyon manat (artım 57,9%) səviyyəsində qiymətləndirilir.

31 dekabr 2022-ci il tarixinə Azərbaycanda 25 bank, o cümlədən 11 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Ümumilikdə bankların 487 filialı (2021-ci ilin sonuna nisbətən 1,7% artım) və 91 şöbəsi (2021-ci ilin sonunda 97) var.

Azərbaycanın bank sektorunda 22 777 nəfər çalışır (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 12% artım).
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb