Azərbaycanda banklar istehlak kreditlərini 27,3% artırıb

19:22 | 26.01.2023
Azərbaycanda banklar  istehlak kreditlərini 27,3% artırıb

Azərbaycanda banklar istehlak kreditlərini 27,3% artırıb

Azərbaycanda banklar 2022-ci ildə biznes kreditləri, ipoteka kreditləri və istehlak kreditləri portfelini artırıb. Bu barədə Azərbaycan Mərkəzi Bnkı (AMB) məlumat verib. 

Mərkəzi Bankın məlumatına görə, 31 dekabr 2022-ci il tarixinə bankların kredit portfeli 19 milyard 594,35 milyon manat (2021-ci ilin sonu ilə müqayisədə 17,6% artım) səviyyəsində olub. 

2022-ci ildə banklar biznes kreditləri portfelini 11,4% - 10 milyard 855,06 milyon manata və ya bütün kredit portfelinin 55,4%-nə qədər artırıb. Eyni zamanda, dekabrda portfel 1,1% azalıb.

2022-ci ildə bankların istehlak kreditləri portfeli 27,3% artaraq 5 milyard 754,1 milyon manata, xüsusi çəkisi isə 29,4 faizə çatıb. Bununla yanaşı, dekabrda portfel 0,3% azalıb.

Hesabat dövründə Azərbaycanda banklar ipoteka kreditləri portfelini 24,3% - 2 milyard 985,15 milyon manata və ya bankların ümumi kredit portfelinin 15,2%-nə qədər artırıb. Dekabrda portfelin artımı 2% təşkil edib.

Azərbaycanda 31 dekabr 2022-ci il tarixinə 25 bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb