Azərbaycanda banklar valyuta hərracında $64,5 milyon alıb

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında banklara 64,5 milyon ABŞ dollarının satışını təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Aprelin 2-də keçirilən hərracda banklar $97,9 mln alıb.
"Aprelin 4-də keçirilən hərracda banklar tərəfindən tələb 64,5 milyon dollar təşkil edib və tam ödənilib. Hərracın yekunlarına əsasən, manatın dollara nisbətən orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - Mərkəzi Bank bildirilib.
2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 