• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Azərbaycanda banklar xərclərini azaldacaqlar

Azərbaycanda banklar xərclərini azaldacaqlar
04.10.2015 10:27
Azərbaycan Banklar Assosiasiyası (ABS) bankların xərclərini azaltmaq məqsədilə mərkəzləşdirilmiş strukturlar yaratmağı təklif edib.


ANN.Az-in məlumatına görə, bunu Trend-ə ABS-nin rəhbəri Zakir Nuriyev deyib.


Onun sözlərinə görə, bu strukturların yaradılması məsələsi assosiasiya yanında formalaşdırılacaq işçi qrupları çərçivəsində müzakirə olunacaq.


Bu barədə qərar ABS İdarə Heyətinin növbəti iclasında qəbul edilib. Z.Nuriyev qeyd edib ki, əsas məqsəd bir bankın kartının digər bankların bankomatlarında istifadəsi zamanı komissiya xərclərinin azaldılmasıdır: "Hazırda bir bankın kartı digərlərinin bankomatlarında istifadə edilərkən komissiya xərci 1,5 faiz təşkil edir. Kart sahiblərinin istənilən bankın bankomatlarından rahat istifadə edə bilmələri üçün komissiya xərclərini azaltmaq istəyirik”.


O, əmin olduğunu bildirib ki, banklarla danışıqların yekunu üzrə komissiya həcminin azaldılması barədə razılaşma əldə ediləcək: "İlk növbədə, bankların qurğuların alınması və bankomatlara xidmət göstərilməsi üzrə xərclərini nəzərə alaraq, onlar üçün məqbul stavkanı hesablamaq lazımdır. Xeyli sayda bankomatları olan bankın xərcləri də çoxdur. Buna görə də bank xərclərini ödəmək üçün tariflərini optimallaşdırır”.


Z.Nuriyev əlavə edib ki, ABS bir regionda yerləşən bankların müxtəlif filiallarına valyuta vəsaitlərinin mərkəzləşdirilmiş tədarükü üçün xüsusi struktur yaratmağı təklif edib: "Bu, banklara inkassasiya xərclərini azaltmağa kömək edəcək".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bitcoin”in qiyməti 117 min dolları keçib
İqtisadiyyat 10:20
“Bitcoin”in qiyməti 117 min dolları keçib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:18
Qızılın qiyməti bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:29
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
İqtisadiyyat 07:15
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 12:59
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
Ölkədə sənaye istehsalı 2 % azalıb
İqtisadiyyat 12:50
Ölkədə sənaye istehsalı 2 % azalıb
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
İqtisadiyyat 12:34
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol