Azərbaycanda bankların birləşməsi gözlənilmir

12:40 | 24.11.2022
Azərbaycanda bankların birləşməsi gözlənilmir

Azərbaycanda bankların birləşməsi gözlənilmir

Azərbaycanda kommersiya banklarının konsolidasiyası gözlənilmir. Bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirib. 
 
"Bankların konsolidasiyası kommersiya məsələsidir. Bu bazar iqtisadiyyatı diqtə etməlidir. Hazırda Azərbaycan banklarının kapitallaşma səviyyəsi 5,3 milyard manat təşkil edir. Bu yüksək kapital deməkdir. Belə bir şəraitdə hansısa bankın konsolidasiyaya getməsi artıq kommersiya qərarıdır",  -  Zakir Nuriyev bildirib. 
 
Hazırda Azərbaycanda 25 kommersiya bankı fəaliyyət göstərir. Onlardan biri dövlət, qalanı isə özəl kommersiya banklarıdır. 
 
Aytac Şiraliyeva
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM