Azərbaycanda bankların biznes kreditləri portfeli 14,4% artıb

15:21 | 26.12.2023
Azərbaycanda bankların biznes kreditləri portfeli 14,4% artıb

Azərbaycanda bankların biznes kreditləri portfeli 14,4% artıb

Azərbaycan bankları 2023-cü ilin yanvar-noyabrında biznes kreditləri portfelini 14,4% artıraraq 12 milyard 421,2 milyon manata çatdırıblar. Bu barədə Mərkəzi Bank məlumat yayıb. 

O cümlədən, noyabrda bankların biznes kreditləri portfeli 174,8 milyon manat (oktyabrda -  +167,7 milyon manat) artıb.

Eyni zamanda, dövlət vəsaiti hesabına biznes kreditləri portfeli noyabrın 30-na 941,5 milyon manat (2022-ci ilin sonuna olan göstəricidən 10,5% azalma) səviyyəsində qiymətləndirilir.

Biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinin 5 milyard 890,9 milyon manatını, orta sahibkarlığın 2 milyard 288,8 milyon manatını, kiçik sahibkarlığın 1 milyard 618,7 milyon manatını, mikro sahibkarlığın 2 milyard 622,8 milyon manatını təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, noyabrın sonuna biznes kreditlərinin strukturunda problemli kreditlərin həcmi 2022-ci ilin sonundakı 507,3 milyon manata (4,7%) qarşı 421,3 milyon manat (portfelin 3,4%-i) səviyyəsində qiymətləndirilir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti