2024-cü ilin yanvar-aprelində Azərbaycanın bank sektoru 407.5 milyon manat xalis mənfəət əldə edib.Bu da ötən ilin eyni dövrünə nisbətən 18% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabtında bildirilib.
Ötən ilin yanvar-aprelində Azərbaycanın bank sektoru 345.2 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların əməliyyat mənfəəti isə 14% artaraq 585 milyon manata bərabər olub.
2024-cü ilin 4 ayında banklar tərəfindən 89.9 mln. manat məbləğində mənfəət vergisi ödənilib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !