Azərbaycanda bankların xarici banklarla əməkdaşlığı 0 səviyyəsindədir- DEPUTAT

11:23 | 15.11.2023
Azərbaycanda bankların xarici banklarla əməkdaşlığı 0 səviyyəsindədir- DEPUTAT

Azərbaycanda bankların xarici banklarla əməkdaşlığı 0 səviyyəsindədir- DEPUTAT

Azərbaycanda bankların xarici banklarla əməkdaşlığı 0 səviyyəsindədir. Bunu deputat Siyavuş Novruzov deyib. 

"Əvvəllər bu xidmətlər var idi. Sonradan bu proses yoxa çıxmağa başladı. Bu əməkdaşlığı yenidən bərpa etmək lazımdır”, - deputat noyabrın 15-də Milli Məclisdə plenar iclas zamanı çıxışda deyib.

O bildirib ki, ölkədə puldəyişmə məntəqələrinin də sayının artırmaq vacibdir. 

"Bu prosesi bankların içində etmək mümkün olur. Həftə sonu isə pul dəyişmə zamanı problemlər yaranır. Bölgələrdə hətta qara bazarda pul dəyişdirilir. Elə etmək lazımdır ki, bu problem həll olunsun”, - deputat əlavə edib. 

Siyavuş Novruzov bankların kredit faizlərinin aşağı düşməsinin ehtiyac olduğunu açıqlayıb.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM