Azərbaycanda bankomatların sayı 0,7%, POS terminalların sayı 3,5% artıb

17:14 | 24.11.2023
Azərbaycanda  bankomatların sayı 0,7%, POS terminalların sayı 3,5% artıb

Azərbaycanda bankomatların sayı 0,7%, POS terminalların sayı 3,5% artıb

31 oktyabr 2023-cü il tarixinə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 3,09 min ədəd təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,7% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verib.

AMB-nin məlumatına görə, 2023-cü il oktyabrın sonuna Bakıda 1604 (artım 0,8%), regionlarda 1486 (artım 0,6%) bankomat quraşdırılıb.

Respublika üzrə ticarət və xidmət obyektlərində quraşdırılmış POS terminalların sayı 82 615 min ədəd təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 3,5% çoxdur.

Eyni zamanda, Bakıda 55,632 min (artım 3,4%), regionlarda 26,983 min (artım 3,8%) POS terminal quraşdırılıb.

Hesabat dövründə pərakəndə ticarət obyektlərində bütün POS terminalların 79,852 min ədədi və ya 96,7 faizi quraşdırılıb.

Mərkəzi Bankın məlumatına görə, oktyabrın sonuna təmassız ödənişləri qəbul edən POS terminalların sayı 78,803 min ədəd təşkil edib (artım 13,2%).
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM