Azərbaycanda “Baron Şəmi” və oğlu güllələndi

15:00 | 27.02.2020
Yardımlıda ata və oğul güllələnib.

Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb. 

Masallı rayon Eçara kənd sakini əmisi Şəmsəddin Kərimov və əmisi oğlu Niyaməddin Kərimovu ov tüfəngi ilə güllələyib.

Ş. Kərimov hadisə yerindəcə ölüb, N.Kərimov hazırda əməliyyatdadır və vəziyyəti ağırdır. 
Hadisə torpaq üstə olub. 

Qeyd edək ki, Şəmsəddin Kərimov həbsxanada yeni çıxıbmış. O, kriminal aləmdə "Baron Şəmi” kimi tanınıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM