Bu gün Supersport.az saytının baş redaktoru Anar Cəfərsoyun koronavirus infeksiyasından əziyyət çəkən anası Zöhrə Cəfərsoy vəfat edib, bu barədə ailənin yaxın dostu Araz Aslanlı öz Facebook səhifəsində məlumat verib.
" Əziz dostumuz, dəyərli ziyalımız Nazim Cəfərsoyun, Anar Cəfərsoyun və Ramil Cəfərsoyun anası Zöhrə xala vəfat edib. Allah rəhmət eləsin. Məkanı cənnət olsun! Hamımızın başı sağ olsun. Allah övladlarına can sağlığı versin!", - deyə Aslanlı yazıb.
Xatırladaq ki, Zöhrə Cəfərsoy artıq uzun müddətdir koronavirus infeksiyasından əziyyət çəkirdi və süni tənəffüs aparatına qoşulmuşdu.
Onun oğlu Nazim Cəfərsoy öz Facebook səhifəsində çağırış edərək bu xəstəliyi ciddiyə almayanlara biganə qalmamağı və gigiyena qaydalarına riayət etməyi dəfələrlə tövsiyyə etmişdi.
Anar Cəfərsoy özü də koronavirus infeksiyasından əziyyət çəkir və hazırda xəstəxanada müalicə olunur.
Əminə Rüstəmzadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !