Azərbaycanda baş verən zəlzələ Dağıstanda da hiss olundu

18:15 | 10.02.2014
Azərbaycanda baş verən zəlzələ Dağıstanda da hiss olundu

Azərbaycanda baş verən zəlzələ Dağıstanda da hiss olundu

Azərbaycanda baş verən zəlzələ Dağıstanın paytaxtı Mahaçqala şəhərində də hiss olunub. Trend-in məlumatına görə, bu barədə RİA "Dağıstan" Rusiya FHN-in Dağıstan üzrə Baş İdarəsinə istinadən xəbər verir.

Mütəxəssislər zəlzələnin maqnitudasını Rixter cədvəli üzrə 3-4 bal gücündə qiymətləndirirlər.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alımayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti