• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycanda baş vermiş meşə yanğınlarının səbəbi açıqlandı

Azərbaycanda baş vermiş meşə yanğınlarının səbəbi açıqlandı
14.09.2017 11:30
Azərbaycanda meşə fondları ərazilərində yanğınların baş verməsi kənar müdaxilənin nəticəsidir.

anews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşələrdə baş verən yanğınların əsas səbəbi odla ehtiyatsız davranmadır: "Meşə fondu əraziləri bələdiyyə mülkiyyətində olan torpaqlarla, fermer təsərrüfatları ilə həmsərhəddir. Taxıl biçinindən sonra kövşənlərin yandırılması, yaylaqlarda odla ehtiyatsız davranma (yaylaqlara gedən yol meşə fondu ərazisindən keçir) və digər bu kimi hallar sonda yanğınların meşələrə keçməsinə səbəb olur.
 
Azərbaycanda meşələrin öz-özünə alışması halları, demək olar ki, müşahidə olunmayıb. Bizim meşələrin 85 faizi dağ, 15 faizi Aran bölgəsində yerləşir. Kifayət qədər enliyarpaq meşələr olduğundan rütubət də yetərli qədərdir. Ona görə də meşələrin öz-özünə alışması halları istisna edilir”.

S.Salmanov əlavə edib ki, havaların isti və quraq keçməsi ilə əlaqədar hər il olduğu kimi, bu ilin may ayının sonlarından başlayaraq, əhali arasında maarifləndirmə işləri aparılıb, mütəmadi olaraq reydlər keçirilib. Buna baxmayaraq, bu il meşə ərazilərində 6 yanğın (ötən ilin müvafiq dövründə 5 hadisə) baş verib. Yanğınlar Şəki, Oğuz, Qəbələ, Siyəzən, Şabran və Xızı rayonları ərazisində olub. Qəbələdəki meşə fondu ərazisində baş verən yanğın istisna olmaqla, yanğınlar 100 hektar ərazini əhatə edib. Yanğınların 75 hektarı Giləzi Regional Meşəsalma Massivində - Qarabulaq meşələrində olub. Yanğınlar nəticəsində ot örtüyü yanıb.

Qəbələdə meşə fondu ərazisində baş verən son yanğın hadisəsinin araşdırıldığını deyən S.Salmanov bildirib ki, hazırda müvafiq komissiya tərəfindən həmin yanğının ərazisi, dəymiş ziyan öyrənilir.

S.Salmanovun sözlərinə görə, meşədəki yanğınlar biomüxtəlifliyə və meşələrdə yaşayan canlılara da öz təsirini göstərib: "Heyvanlar məcburiyyət qarşısında öz yuvalarını tərk getməyə və başqa ərazilərə getməyə başlayırlar. Bundan başqa, yanğının baş verdiyi ərazilərdə sonradan xəstəliklər yaranır, turizm potensialı azalır”.

S.Salmanov əlavə edib ki, il ərzində ETSN tərəfindən yanğına qarşı profilaktik tədbirlər həyata keçirilib, yanğın təhlükəsi ola biləcək ərazilərdə müvafiq zolaqlar çəkilib.

Onun sözlərinə görə, meşə fondları ərazilərinin sərhədlərində, yol kənarlarında meşə yanğınlarının qarşısının alınması üçün kifayət qədər maarifləndirici lövhələr yerləşdirilib.

Nazirlik rəsmisi bildirib ki, meşələrdə yanğın hadisəsi görən şəxslər "Qaynar xətt”ə (168) zəng edə bilərlər: "Bu zəng ödənişsizdir. Eyni zamanda, ETSN-də daim fəaliyyət göstərən növbətçi hissəyə də məlumat verilə bilər. Əgər hər hansı vətəndaş meşələrdə qanunsuzluq, yanğın görərsə, 168-ə zəng edə bilər. Bizim, ümumiyyətlə, bütün ərazilərimizdə meşə gözətçilərimiz var. ETSN-nin bütün respublika ərazisində 3000-ə yaxın meşə mühafizəsi xidmətçisi işləyir ki, onun da 2000-ə yaxını meşə gözətçiləridir, yəni əraziyə nəzarət edənlərdir”.

Qeyd edək ki, hazırda Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da ölkə ərazisinin 11,8%-ni təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Завтрашняя погода в Азербайджане будет неблагоприятной для метеочувствительных людей
Cəmiyyət 17:28
Завтрашняя погода в Азербайджане будет неблагоприятной для метеочувствительных людей
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Cəmiyyət 17:00
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Cəmiyyət 15:30
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Cəmiyyət 12:30
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Cəmiyyət 10:11
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol