• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azərbaycanda benzinin qiyməti bahalaşmaya təsir edirmi? - AÇIQLAMA

Azərbaycanda benzinin qiyməti bahalaşmaya təsir edirmi? - AÇIQLAMA
15.09.2021 17:41
 13 sentyabr 2021-ci il Azərbaycanda benzin yanacağının qiyməti növbəti dəfə bahalaşıb. "A-98 SUPER” 1 litri 1,9 manata, "A-95 PREMİUM”  1,6 manata satılır. SOCAR yanacaq növlərinin bahalaşmasının səbəbini aldığı ölkədə qiymət artımının olması ilə əlaqələndirib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda ən qısa zamanda uyğun imkanlar çərçivəsində  "A-98 SUPER” və "A-95 PREMİUM” benzini istehsal olunmalıdır. Əgər "A-98 SUPER” və "A-95 PREMİUM” benzini Azərbaycanda istehsal olunmağa başlasa, idxala tələbat azalacaq və ölkə daxilində qiymət tənzimlənməsi müəyyənləşəcək. Düşünürəm ki, SOCAR ən qısa zamanda istehsalla bağlı vacib olan bütün imkanları reallaşdırmalıdır",- deyə əlavə etdi.
 
İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, "A-98 SUPER” və "A-95 PREMİUM” markalı benzinin qalxması ən çox müasir və Avropa buraxılışlı avtomobillərin sürücülərinə mənfi təsir edəcək.
 
"Azərbaycan hökuməti də maraqlıdır ki, insanlar yeni avtomobillər sürsün. Bu həm də ekologiya baxımından əhəmiyyətlidir. Qısa müddət ərzində 1.10 qəpikdən 1.60 qəpiyə artma təqribən 42-43 faizlik artım deməkdir. Qiymət artımı yəqin ki, SOCAR-ın mənfəətinə müsbət təsiri ola bilər. Ümumilikdə benzinin qalxmasını məhsul artımı ilə əlaqələndirmək düzgün deyil. Məhsulların qiymətindəki artım dünyada baş verən proseslərə bağlıdır. Azərbaycanda qiymət artımını müşahidə edirik. Bununla yanaşı Maliyyə Nazirliyinin 2022-ci ilin büdcəsində orta əmək haqqının 2021-ci illə müqayisədə 743 manatdan 795 manata artacağı gözləntisi var. Əməyin ödənişi və sosial ödənişlərin artması təxmini 10.5 faizlik artımla planlaşdırılır. Artımın nə qədər olacağı isə prezidentin verdiyi sərəncam və fərmanlardan sonra müəyyən olunacaq",-deyə ekspert qeyd edib.

Sonucu dəfə "Aİ-95” ("Premium”) markalı yanacağın pərakəndə satış qiyməti  cari ilin 31 iyulunda dəyişərək 1.40 AZN-dən 1.45 AZN-ə qalxıb.
 
Gülnar Nazimqızı
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol