• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

Azərbaycanda beş su elektrik stansiyası istifadəyə veriləcək

Azərbaycanda beş su elektrik stansiyası istifadəyə veriləcək
26.04.2018 14:28
2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Anews.az xəbər verir ki, bunu "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə "Şimal-2” elektrik stansiyasının təməli qoyulub:

"Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan "Astara-1”, "Oğuz-1”, "Oğuz-2” və "Oğuz-3” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”.

E.Pirverdiyev deyib ki, elektroenergetika sistemi ölkənin sosial-iqtisadi inkişafı baxımından strateji sahə olduğuna görə burada daim perspektiv inkişafla bağlı yeni hədəflər müəyyənləşdirilir: 

"Bizim də perspektivdə istehsalın genişləndirilməsi, keyfiyyətin yaxşılaşdırılması ilə bağlı planlarımız olduqca əhatəlidir”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi
İqtisadiyyat 16:07
Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
İqtisadiyyat 15:32
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Əhalinin banklardakı əmanətinin həcmi 15 milyard manatı keçib
İqtisadiyyat 11:33
Əhalinin banklardakı əmanətinin həcmi 15 milyard manatı keçib
Azərbaycanda fərdi sahibkarların dörddə biri qadınlardır - rəsmi
İqtisadiyyat 11:26
Azərbaycanda fərdi sahibkarların dörddə biri qadınlardır - rəsmi
Yelo Bank çöl reklamı xidməti üzrə texniki tender elan edir!
İqtisadiyyat 10:14
Yelo Bank çöl reklamı xidməti üzrə texniki tender elan edir!
“AzərEnerji”nin elektrik istehsalı 6 ayda 3,4 % artıb
İqtisadiyyat 09:10
“AzərEnerji”nin elektrik istehsalı 6 ayda 3,4 % artıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:06
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
OPEC: 2025 və 2026-cı illərdə “OPEC+” üzvü olmayan ölkələrdə hasilat artacaq
İqtisadiyyat 16:57
OPEC: 2025 və 2026-cı illərdə “OPEC+” üzvü olmayan ölkələrdə hasilat artacaq
AMB 2 sığorta şirkəti ilə bağlı sərəncam verib
İqtisadiyyat 16:17
AMB 2 sığorta şirkəti ilə bağlı sərəncam verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol