Azərbaycanda beynəlxalq sərgi və konfrans keçiriləcək

19:54 | 02.06.2014
Azərbaycanda beynəlxalq sərgi və konfrans keçiriləcək

Azərbaycanda beynəlxalq sərgi və konfrans keçiriləcək

Azərbaycanda 4-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgi Konfransı və Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək. ANS PRESS-in məluimatına görə, 4-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgi Konfransı sərgisində 29 ölkədən 400-dən artıq şirkət iştirak edəcək. Konfransda ümumi iştirakçıların 65 %-i xarici şirkətlər, 35% -i isə yerli şirkətlər təşkil edir. Sərginin bütün ekspozisiyası üzrə artım isə 10 %-dir. Qeyd edək ki, sərgi ilə yanaşı 4-5 iyun tarixlərində 21-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransı da keçiriləcək. Bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcək. Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft qaz sənayəsinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin çıxışı daxil edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti