• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Azərbaycanda bəzi özəl məktəblərdə təhsil haqları artırılıb – SİYAHI

Azərbaycanda bəzi özəl məktəblərdə təhsil haqları artırılıb – SİYAHI
01.08.2024 18:39
Yeni tədris ilinin başlamasına 1 ay yarım qalsa da, özəl məktəblərdə şagird qəbulu prosesi başlayıb. Bəzi valideynlər özəl məktəblərdə təhsil və tədris səviyyəsinin dövlət məktəblərinə nisbətən daha yüksək olduğunu düşünür və buna görə özəl məktəblərə üstünlük verirlər.

Ölkədə kifayət qədər özəl məktəblər var. Bu təhsil müəssisələrində tədris dilinə, məktəbin yerləşdiyi əraziyə, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə qiymətlər dəyişir.
 
Modern az bəzi özəl liseylərdəki qiymətləri araşdırıb.


Erudit liseyində bütün siniflər üçün illik təhsil haqqı 6000 manatdır. Keçən il bu məktəbdə təhsil haqqı 5000 manat olub.

Avropa Azərbaycan Məktəbində illik təhsil haqqı 10400 – 15500 manat arasında dəyişəcək.
Hədəf liseyinin Bakı filialında illik təhsil haqqı 5000-9000 manat, Abşeron filialında isə 4000-7500 manat arasındadır.
"Sabis Sun” Beynəlxalq Məktəbdə illik təhsil haqqı 11850-15000 manat arasındadır.
Zirvə liseyindən bildirilib ki, yeni tədris ilində illik təhsil haqları 2900-8670 manat arasında dəyişəcək.
Müasir İnnovasiyalar Liseyində isə 5000-8500 manat, illik təhsil haqqı olacaq.
"Landau School”da 3800-12900 manat arasında olan təhsil haqqı ötən il 5800-10000 manat arasında idi.
"ADA School”da da təhsil haqları artırılıb. Bu il təhsil haqqı 8000-11000 manat olacaq. Ötən il bu rəqəm 8000 manat idi.
XXl Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində illik təhsil haqqı 7700 – 14300 manat olacaq.
Bakı Atatürk Liseyinin Nərimanov filialında 4500 manat, 28 May filialında 2500 manat təhsil haqqı nəzərdə tutulub.
Bakı Oxford Məktəbində isə bu il qiymətlər 16800-17500 manat arasında olacaq.
Azərbaycan Beynəlxalq məktəbində 3 yaşlı uşaqlar üçün 11883 manat, 4 yaşlı uşaqlar üçün 18683 manat, 5 yaşdan yuxarı uşaqlar üçün 43673 manat olacaq. (Qiymətlər dollarla nəzərdə tutulub və Azərbaycan manatına dəyişdirilib)
Britaniya məktəbində isə illik təhsil haqqı siniflərə görə 12000-14000 manat arasında olacaq

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Cəmiyyət 10:54
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol