Azərbaycanda birinci gündəlik rəqəmsal bacarıqları təmin edilməlidir - Stefanie Stallmeister

16:30 | 15.05.2024
Azərbaycanda birinci gündəlik rəqəmsal bacarıqları təmin edilməlidir - Stefanie Stallmeister

Azərbaycanda birinci gündəlik rəqəmsal bacarıqları təmin edilməlidir - Stefanie Stallmeister

Azərbaycanda ilkin səviyyədə gündəlik rəqəmsal bacarıqları təmin edilməlidir. Bunu Dünya Bankının Azərbaycandakı ölkə meneceri Stefanie Stallmeister deyib.

"Azərbaycan orta yuxarı gəlirli ölkədir.  İlkin səviyyədə hamının gündəlik rəqəmsallığını təmin etməliyik. İlkin bacarıqları öyrətməliyik. Bu bacarıqlarla ekosistemi inkişaf etdirmək olar. Dünya Bankı kibertəhlükəsizlik sahəsində layihələr icra edir. Rəqəmsallaşma 8 vacib çağırışdan biridir. Bu prosesdə qadınların iştirakı və öyrənməyi üçün Dünya Bankı layihələr icra edir",- Stallmeister "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Rəqəmsal genetikamız- Sabahın bacarıqları” adlı paneldə çıxışı zamanı deyib.
 
Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.

Gülnar Nazimqızı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM