Azərbaycanda "bomba həyəcanı"

20:27 | 23.12.2017
Azərbaycanda

Azərbaycanda "bomba həyəcanı"

Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-in "112” Xidmətinə zəng edib "Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək əlaqəni kəsib.

İstiPress-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidməti xəbər yayıb.

Məlumat DİN-in "102” Zəng Mərkəzi Xidmətinə ötürülüb.

Dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edildiyi müəyyən olunub.

Qeyd edək ki, Cəlilabadın Sabirabad və Qarazəncir kəndləri qonşudur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti