Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Anews.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində bir ədəd mərminin tapılması barədə daxil olan məlumat əsasında qurumun mütəxəssisləri və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə "Giləzi Quşçuluq fabriki"nin yaxınlığına baxış keçiriblər.
Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 3.000 kv.m əraziyə yerüstü, 2.000 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !