Azərbaycanda bu il 15 mln. tondan çox neft hasil olunub

10:07 | 24.06.2020
Azərbaycanda bu il 15 mln. tondan çox neft hasil olunub

Azərbaycanda bu il 15 mln. tondan çox neft hasil olunub

Bu ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Anews.az-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 463 min ton az olub.

Məlumata əsasən, respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları bloku, 1,6 mln. tonu (kondensat) "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb. Hesabat dövründə SOCAR üzrə hasilat 3,1 mln. ton təşkil edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb