Azərbaycanda bu il yaradılan saytların sayı açıqlandı

20:27 | 04.02.2014
Azərbaycanda bu il yaradılan saytların sayı açıqlandı

Azərbaycanda bu il yaradılan saytların sayı açıqlandı

2020-ci ildə internet Azərbaycanda informasiya əldə etmək üçün əsas mənbə olacaq.Trend xəbər verir ki, bunu çərşənbə axşamı Mətbuat Şurasının sədri Əflatun Amaşov “İnternet-medianın informasiya təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.Onun sözlərinə görə, 2013-cü ilin sentyabrında aparılmış araşdırmaya əsasən, rəyi soruşulanların təqribən 40 faizi informasiya əldə etməyin mənbəyi qismində internetin adını çəkiblər:“Eyni sayda respondent televiziyanın əsas informasiya mənbəyi olduğunu düşünür. 13 faiz yazılı mətbuatdan, 7 faizi isə radio vasitəsi ilə informasiya əldə edir”.Ə.Amaşov qeyd edib ki, Azərbaycanda təqribən 300 internet informasiya resursu fəaliyyət göstərir:“Təkcə ötən il Azərbaycanın internet seqmentində 70-ə yaxın internet informasiya portalı yaranıb. Biz 2014-cü ili “İnformasiya ili” elan etmişik. Biz ilin sonunadək internet-media ilə bağlı xeyli sayda tədbirlər təşkil etməyi, internet resurslarının monitorinqini aparmağı və bu məlumatları müntəzəm olaraq ictimaiyyətə təqdim etməyi planlaşdırırıq”.MŞ sədrinin sözlərinə görə, internet portallarının sayının artması hazırda bir çox KİV-in ənənəvi kağız daşıyıcılardan internetə miqrasiya etməsi ilə bağlıdır:“Hazırda 10-dan artıq informasiya portalı Mətbuat Şurasının üzvüdür. Bizə daha 30 elektron KİV-dən müraciət daxil olub”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb