Azərbaycanda bu şəxslər 700 manat müavinət alacaq

18:54 | 09.06.2019
Azərbaycanda bu şəxslər 700 manat müavinət alacaq

Azərbaycanda bu şəxslər 700 manat müavinət alacaq

Baş Nazir Novruz Məmmədov "İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.


Anews.az xəbər verir ki, qərarın 1-ci hissəsində "400” rəqəmləri "700” rəqəmləri ilə əvəz edilib.


Qeyd edək ki, həmin qərara görə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 400 manat məbləğində müavinət müəyyən edilirdi. Dəyişikliyə görə bu məbləğ 700 manata qədər artırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb