Azərbaycanda bu tariflər azaldıldı

20:55 | 01.05.2015
Azərbaycanda bu tariflər azaldıldı

Azərbaycanda bu tariflər azaldıldı

Azərbaycanda dəmiryol nəqliyyatında yükdaşıma tarifləri azaldılıb. 


"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov Trend-ə bildirib ki, QSC yeni daşıma siyasətinin tətbiq edilməsinə start verir: "Ölkə rəhbərliyi və Nəqliyyat Nazirliyi tərəfindən dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yükdaşımaların, xüsusilə də tranzit yükdaşımaların həcminin artırılmasıdır. Buna isə daşımaların sürətinin artırılması, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, irimiqyaslı logistika və marketinq işi ilə nail olmaq mümkündür. Tranzit yüklərin ölkə ərazisindən keçirilməsi əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunması üçün çox əhəmiyyətlidir”.

Onun sözlərinə görə, qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün dəmiryol rəhbərliyi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmiryolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib: "Azərbaycan dəmiryolu dəhlizinin fəaliyyəti alternativ dəhlizlə müqayisə olunub daha səmərəli təşkili üçün Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq bir sıra qərarlar qəbul olunub. Belə ki, yükdaşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya), eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb”.

N.Əzməmmədov qeyd edib ki, həmçinin, bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədilə mövcud tariflər aşağı salınıb. Verilmiş güzəştlər vaqon daşımalarında 35%-ə, konteyner daşımalarında isə 50%-ə qədərdir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM