Yaxın günlərdə Balaxanı Sənaye Parkında ilk dəfə təkərlərin yenidən emalı üçün "Bri oil" zavodu istifadəyə veriləcək,bunu anews.az-a açıqlamasında Balaxanı Sənaye Parkının sahə rəisi Fariz Əhmədov deyib.
"İstifadə edilmiş təkərlər bu zavodda yenidən emal olunacaq. Təkərlərin ipliyi və dəmiri ayrıldlqdan sonra reyzin hissəsi yandırılacaq və ondan dizel yanacaq növü istehsal olunacaq. Zavoda ölkənin müxtəlif bölgələrindən istifadə müddəti başa çatmış təkərlərin qəbulu mümkün olacaq", - deyə Fariz Əhmədov qeyd edib.
Balaxanı Sənaye Parkı prezidentin sərəncamı ilə 28 dekabr 2011-ci ildə yaradılıb. Sənaye parkı təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə qurulub. Sahəsi 10.15 hektarı əhatə edir. Sənaye Parkında 23 rezident qeydiyyatdan keçib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !