Azərbaycanda böyük enerji obyekti istismara veriləcək

22:32 | 28.05.2015
Azərbaycanda böyük enerji obyekti istismara veriləcək

Azərbaycanda böyük enerji obyekti istismara veriləcək

"Azərenerji" ASC 2015-ci ilin ikinci yarısında Abşeron yarımadasının enerji təchizatı üçün mühüm əhəmiyyətə malik olan "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verməyi planlaşdırır.
 
Bunu Trend-ə "Azərenerji" ASC-dən deyiblər.

Cəmiyyətdən bildiriblər ki, qurğunun quraşdırılması üzrə işlər qrafikə uyğun aparılır: "Müəyyən yubanmalar ola bilər, lakin ilin ikinci yarısında qurğu istismara veriləcək".

Qeyd edək ki, "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda stansiyada gücü 400 meqavat olan bir qaz-buxar qurğusu var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti