Azərbaycanda canavar kəndə hücum edib

12:13 | 17.04.2014
Azərbaycanda canavar kəndə hücum edib

Azərbaycanda canavar kəndə hücum edib

Zaqatalada canavar kəndə hücum edib.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə aprelin 17-si səhər saatlarında rayon mərkəzinə ən yaxın yaşayış məntəqəsi olan Aşağı Tala kəndində baş verib. Aşağı Tala kənd sakini Həmzəyev Məhəmməd Tacəddin oğlunun evin həyətyanı sahəsində tikilmiş tövləyə hücum edən vəhşi tövlədə olan 5 baş qoyunu parçalayıb. Ev sahibləri hadisədən səhər tövləyə gələrkən xəbər tutublar.  Hadisə ilə bağlı dərhal rayon Baytarlıq İdarəsinə müraciət edilib. Hadisə yerinə gələn Rayon Baytarlıq İdarəsinin əməkdaşları tövlə və tövlənin ətrafında dezinfeksiya işləri aparıb.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM