Azərbaycanda canavar qadınlara hücum etdi

12:02 | 11.06.2017
Azərbaycanda canavar qadınlara hücum etdi

Azərbaycanda canavar qadınlara hücum etdi

Bu gün səhər saat 6 radələrində Salyan rayonunun Şəkərli kəndində yaxınlıqdakı istixanalardakı iş yerlərinə gedən iki qadına canavar hücum edib.
 
Hadisə qayın arvadları olan 48 yaşlı Tahirə Həbulla qızı Səmədova və 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova kollektorun çöl sahəsinə tərəf keçərək iş yerlərinə gedərkən baş verib.
 
Belə ki, yaxınlıqdakı kolluqda yatmış canavar bu zaman hər iki qadına hücum edərək qollarından xəsarətlər yetirib.
 
Bu zaman öz sürülərini çölə otarmağa aparan sakinlər qadınların harayına gələrək çomaqla canavarı öldürüblər.
 
Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki qadına quduzluq əleyhinə peyvənd vurulub. Onlar tibbi yardım göstərdikdən sonra evə buraxılıblar.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM