Azərbaycanda çayın kənarında gizlədilmiş bağlamalar tapıldı

19:00 | 13.12.2018
Azərbaycanda çayın kənarında gizlədilmiş bağlamalar tapıldı

Azərbaycanda çayın kənarında gizlədilmiş bağlamalar tapıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları çay kənarında gizlədilmiş pirotexniki vasitələr aşkar ediblər.

DSX-dən Anews.az-a verilən məlumata görə, Sərhəd Qoşun­la­rının "Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində Alazan çayının kənarında gizlədilmiş 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olu­na­raq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb