Azərbaycanda COVID19-la bağlı vəziyyət necədir? - Rəsmi

13:33 | 26.07.2024
Azərbaycanda COVID19-la bağlı vəziyyət necədir? - Rəsmi

Azərbaycanda COVID19-la bağlı vəziyyət necədir? - Rəsmi

Azərbaycanda koronavirusa yoluxma tək-tək hallarda qeydə alınır. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.  
 
"Tək-tək yoluxma hadisələrinin qeyd olunmasına baxmayaraq, kütləvi yayılma halları müşahidə edilmir. Epidemioloji vəziyyət nəzarət altındadır”, - APA-nın sorğusuna cavab olaraq bildirilib. 
 
Hazırda Azərbaycanda COVID19-la bağlı xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb. 
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM