5-dən çox uşaq dünyaya gətirən qadınların sayı və onlara verilən müavinətin məbləği açıqlanıb.
ANN.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan hökuməti tərəfindən çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görülür:
"Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququ olduqda 1 yaşınadək uşağı olan aztəminatlı ailələr müavinət ala bilər.
5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət verilir”.
Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlinə 8984 nəfər qadın 5-dən çox uşağı olduğuna görə müavinət alır:
"Həmçinin, 1 yaşadək uşağı olan 5623 ailəyə müavinət verilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !