Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycanda Cümhuriyyət parkının yaradılmasını təklif edir.
Trend-in məlumatına görə, bu təşəbbüslə R.Hüseynov komitənin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda Cümhuriyyət parkı olarsa, onunla bağlı tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar:
"Orada onların hamısını bir yerdə ziyarət edə biləcəyik. Zamanında "26 Bakı komissarı” adlanan yer vardı. O bağ vaxtı ilə Cümhuriyyətlə bağlı idi, Azadlıq parkı idi. Orada, yaxud başqa yerdə belə bir park yaratmaq olar”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !