Azərbaycanda dabaq xəstəliyinə qarşı peyvəndləməə başladı

11:16 | 02.12.2015
Azərbaycanda dabaq xəstəliyinə qarşı peyvəndləməə başladı

Azərbaycanda dabaq xəstəliyinə qarşı peyvəndləməə başladı

 Azərbaycanda epizootoloji sabitliyin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb. 

Bu barədə "Report"a xidmətin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

O bildirib ki, iribuynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd, daha sonra digər rayonlarında həyata keçiriləcək: "Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələri tövsiyə olunur. Hazırda Azərbaycanda epizootik vəziyyəti sabitdir".

Xatırladaq ki, tədbirlər Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq epizootiya əleyhinə tədbirlər planına əsasən həyata keçirilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM