Azərbaycanda daha 318 nəfərdə koronavirus aşkarlandı

16:24 | 31.07.2020
Azərbaycanda daha 318 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda daha 318 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda koronavirus infeksiyasına 318  yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir. 
 
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb