Azərbaycanda daha 41 nəqliyyat vasitəsi özəlləşdirilib

12:01 | 30.01.2025
Azərbaycanda daha 41 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda daha 41 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 lot üzrə 41 nəqliyyat vasitəsi satılıb.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Hərraca çıxarılan əmlaklara ümumilikdə 32 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 46 100 manat olan 19 nəqliyyat vasitəsi 100 000 manatasatılıb. Digər lot üzrə isə 15 nəqliyyat vasitəsinin start qiyməti 35 200 manat olsa da, son təklif 52 min manata yüksəlib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə bit.ly/40Ah581 linki vasitəsilə tanış olmaq mümkündür.

Hərracda iştirak etmək istəyənlər "www.emlak.gov.az” və "www.auksion.gov.az”internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM