Bu, həmin şəxslərin hesabatlılıqla bağlı Maliyyə Nazirliyinin təqdimatlarına riayət etməməsi ilə əlaqədardır
Azərbaycanda bəzi şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Maliyyə Nazirliyinin müvafiq əmri ilə 3 ay müddətinə dayandırılıb.
"Report"un Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu, həmin şəxslərin hesabatlılıqla bağlı Maliyyə Nazirliyinin təqdimatlarına riayət etməməsi ilə əlaqədardır.
Ümumilikdə, 63 sığorta agentinin fəaliyyəti üçün verilmiş lisenziya dayandırılıb ki, bu da cari ilin sentyabr ayında ilk belə hadisədir. Avqust ayı ərzində daha 8 şəxsə, iyulda isə 71 sığorta agentinə verilmiş lisenziyalar dayandırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !