Bakıda ana doğuş zamanı vəfat edib.Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb. Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib. Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !