Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

08:53 | 25.07.2020
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub. 
 
Anews.az xəbər verir ki, bu barədə onun tanışları məlumat verib.

Onların sözlərinə görə, 7 saylı Doğum evində və "German" hospitalda cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykər COVID-19-dan həyatını itirib.

Bildirilir ki, o, bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu. Bütün səylərə baxmayaraq Valiyə Peykərin həyatını xilas etmək mümkün olmayıb.

Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb.
 
Xatırlatma: Daha bir həkim ölkədən kənarda COVID-19-dan vəfat edib.






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb