Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

12:26 | 09.01.2014
Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

Ötən gün Azərbaycanda daha bir körpə doğuş zamanı dünyasını dəyişib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünən saat 09:45 radələrində rayon xəstəxananın doğuş şöbəsində Lənkəran rayonu, Qumbaşı kənd sakini 1986-cı il təvəllüdlü Aysel Mirkərim qızı Miriyevanın doğuş zamanı uşağı ölüb.Doğum söbəsinin müdir əvəzi Mədinə Mahmudovanın ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qadın doğuş sancıları ilə xəstəxanaya daxil olub və qeysəriyyə əməliyyatı olunub. Nəticədə A.Miriyevanın yeni doğulmuş uşağı ölüb."Körpənin ölümünə ciftin vaxtından qabaq tam ayrılması səbəb olub. Uşağın çəkisi 2kq. 600 q. olub", - deyə Mədinə Mahmudova bildirib.Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM