Azərbaycanda daha iki yüksək vəzifəli şəxs həbs edilib.
"Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Oğuz – Qəbələ Regional Meşə İdarəsinin müdiri Qəribov İlqar Nəsrəddin oğlu və müəssisənin digər əməkdaşı Calalov İlqar Saməddin oğlu həbs olunub. Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Onlar barəsində cinayət məcəlləsinin 259.3-cü (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.
Maddənin sanksiyasında göstərilir ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !