Azərbaycanda daha dörd tələbə zəhərləndi

09:33 | 09.12.2019
Azərbaycanda daha dörd tələbə zəhərləndi

Azərbaycanda daha dörd tələbə zəhərləndi

Şamaxıda bir gündə dörd tələbə dəm qazından boğulub.

"Anews.az" oxu.az-a istinadən xəbər verir ki, son günlər rayonda dəm qazından zəhərlənmə halları çoxalıb.  

Dünən günorta saatlarından iki nəfər, axşam saatlarında isə daha iki nəfər xəstəxananaın qəbul şöbəsinə dəm qazından boğulma ilə müraciət edib.  

Onlar Ağsu rayon Gəgəli kənd sakini, 2002-ci il təvəllüdlü Kərimova Ayşən Kərim qızı, onun həmkəndlisi, 2002-ci il təvəllüdlü Mirzəzadə Qızbəs Şükür qızı, həmçinin İsmayıllı rayon sakini, 2000-ci il təvəllüdlü Murtuzəliyeva Lələ Simran qızı və Ağsu rayon Qaraqoyunlu kənd sakini, 2001-ci il təvəllüdlü Məcidova Şahanə Şərafətdin qızı dəm qazıdan zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib.  

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığı üçün evə buraxılıblar.  

Xəstələrin dördü də müxtəlif saatlarda hamam otağında olarkən zəhərlənib.  
 
Onların Şamaxıda təhsil aldığı bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb