Lənkəranda Boladiçay üzərində yerləşən qəzalı körpü barədə məlumat yayılıb.
Nəqliyyat Nazirliyi "Azəryolsevis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometriyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə qeydə alınıb. Hadisəyə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində səbəb olub. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.
Minik avtomobillərin sürücüləri yaxınlıqdakı alternativ körpüdən istifadə etməklə hərəkətlərini davam etdirə bilərlər. Ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün isə çay yatağına boru düzülərək alternativ yol düzəldilir. Yol yaxın saatlarda tam hazır olacaq. Bundan başqa nəqliyyat vasitələri alternativ olaraq M-3 (186 km)-Boladi-Zövlə yolundan istifadə edə bilərlər.
Məlumat üçün qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !