Azərbaycanda dəhşət - Keçmiş arvadının başını kəsdi

10:54 | 06.10.2017
Azərbaycanda dəhşət - Keçmiş arvadının başını kəsdi

Azərbaycanda dəhşət - Keçmiş arvadının başını kəsdi

Gədəbəydə qətl hadisəsi törədilib.
 
Anews.az-ın  APA-ya istinadən verdiyi məlumata görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.
 
Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.
 
Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.
 
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti