Azərbaycanda dəmir yolu ilə yükdaşımaları artıb

14:19 | 15.07.2024
Azərbaycanda dəmir yolu ilə yükdaşımaları artıb

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları artıb

Azərbaycanda dəmir yolu ilə 2024-cü ilin ilk 6 ayında 9,3 milyon ton yük və  3 milyon 849,8 min sərnişin daşınıb ki, bu da 2023-cü ilin yanvar-iyunundan iuyğun olaraq  1,4% və 19,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

2024-cü ilin 6 ayında Azərbaycan DƏmir yolu ilə gündəlik 373 vaqon yüklənib, 426 vaqon isə boşaldılıb.
 
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənə həyata keçirilib. 
 
N.Təbrizli






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM