Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 1,5 dəfə artıb

2023-cü ilin yanvar-iyulunda Azərbaycanda bütün növ avtonəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 1 milyard 41 milyon 146,3 min nəfər təşkil edib ki, bu da 2022-ci ilin 7 ayı ilə müqayisədə 16,3 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dəmir yolu ilə 3 milyon 753,9 min nəfər (artım 50,8), dəniz nəqliyyatı ilə 12,7 min nəfər (artım 5,8 faiz), hava nəqliyyatı ilə 1 milyon 568,3 min nəfər (artım 37,8 faiz) daşınıb.
Bundan əlavə, yeddi ayda avtomobil nəqliyyatı ilə 911 milyon 500 min sərnişin (artım 17,3%) daşınıb. Eyni zamanda, bu dövrdə avtobuslarla 865 milyon 999,4 min sərnişin (artım 18,3%), taksilərlə 45 milyon 501 min nəfər (artım 1,2%) daşınıb.
Bakı Metropoliteni yanvar-iyul aylarında (artım 8,8%) 124 milyon 311 min nəfərə xidmət göstərib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 