2024-cü ilin ilk 6 ayında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ödənişli xidmətlərindən daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 38,7% azalıb və 241,5 milyon manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən "2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair "məlumatda bildirilib.
Hesabat dövründə büdcəyə sair daxilolmalar 408,5 milyon manat təşkil edib ki, bu da keçən ilin ilk 6 ayından 2,7 dəfə çoxdur.
Bu ilin I yarısında Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar da 11,3% artaraq 17,8 milyon manat təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !