Bundan öncə Canet Yellen ilin sonunadək bir faiz artımının olacağına işarə edib. P. Harker əlavə edib ki, 2018-ci ildə üç faiz artımı olacaq.
İqtisadçı Qadir İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, uçot dərəcəsi artarsa, manatın məzənnəsinə təziqlər ola bilər:
"Çünki Azərbaycan maliyyə bazarı bir qədər sabit deyil. Bu bazara xarici valyuta əsasən neft hesabına gəlir. Üstəlik, bu pullar birbaşa bazara daxil olmur. O, birinci mərhələdə Dövlət Neft Fondunun rezervinə gəlir, sonra isə bazara transfer edilir. Bu baxımdan, Azərbaycanın maliyyə bazarı xarici təsirlərə qarşı çox həssasdır. FED-in uçot dərəcəsində artım olarsa, təbii ki, manatın məzənnəsinə təsir göstərəcək.
İlin sonunda devalvasiya gözlənilir?
Kəskin bir devalvasiya gözləmirəm. Sadəcə olaraq, müəyyən təsirlər ola bilər. Burada başqa faktorlar da var. Amma birmənalı demək olmaz ki, uçot dərəcəsinin artımının müsbət təsiri olacaq.
Ərzaq məhsullarının qiymətində artım gözlənilirmi?
Manat dəyərdən düşərsə, təbii ki, qiymət artımı olacaq.
Dollar 2 manata çata bilər?
Yox. Burada hər hansı bir rəqəm demək real olmazdı. Amma bir çox faktorlardan asılı olaraq, məzənnə dəyişə bilər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !