Distant təhsilin tanınma mexanizmi Azərbaycanda yoxdur. Amma pandemiya ilə bağlı təhsilini məcbur distant davam etdirənlərin diplomunun tanınması nəzərə alınacaq. Bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov "Media və təhsil dialoqu" təlimində" xarici dövlətlərin ali təhsilə aid kvalikasiyaların tanınması və məktəbdə inspeksiyaların aparılması mövzusunda çıxışı zamanı bildirdi.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi(TKTA) tərəfindən 8 ayda 19 iş günü müddətində xarici kvalifikasiyaların (diplomun) tanınması üzrə 1900 müraciətə baxılıb. Müraciətçilər 76 faiz müsbət, 24 faiz mənfi cavab ilə qarşılaşıb.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !