Azərbaycanda ÜDM 13 milyard manat azalacaq - Tahir Kərimli - VİDEO

15:39 | 17.11.2022
Azərbaycanda ÜDM 13 milyard manat azalacaq - Tahir Kərimli - VİDEO

Azərbaycanda ÜDM 13 milyard manat azalacaq - Tahir Kərimli - VİDEO

Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM)nominal dəyəri 2021-ci ildəki 119 milyard manatdan 2023-cü ildə 106 milyard manata enəcək. Bunu millət vəkili Tahir Kərimli bildirib. 

"ÜDM 2021-ci ildə 119 milyard manat təşkil edib. 2023-cü ildə bu göstərici 106 milyard manat təşkil edəcək ki, bu da ÜDM-in 13 milyard manat azalması deməkdir. Bu məndə narahatlıq doğurur",  -  Tahir Kərimli bu gün Milli Məclisin iclasında 2023-cüilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib. 

O, həmçinin söyləyib ki, gələn il 65,364 milyardlıq xalis mənfəətin də çox hissəsi sosial  məqsədlərə yönləndirilməlidir. 

Kərimlinin sözlərinə görə, Azərbaycanda investisiyaların həcmi 2023-cü ildə 1,5 milyard manat, 2024-cü ildə 1,2 milyard manat, 2025 -ci ildə 1 milyard manata yaxın və 2026-cı ildə 925 milyon mnat təşkil edəcək ki, bu da investisiyaların getdikcə azalması deməkdir. 

Millət vəkili həmçinin Azərbaycanda 5,335 milyon əhalinin yalnız 1,720 milyonunun nə ilə məşğulolduğunun bilindiyini, digərlərinin məşğulluğu ilə bağlı məlumatın olmadığını deyib. 
 


N.Təbrizli
Gülnar Nazimqızı
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM