2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 40,7 milyard manatlıq və ya əvv əlki ilin eyni dövrü ilə müqayisədə 3,7% çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
"İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,4% artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 58,5%-dən 68,8%-dək yüksəlib. Ümumi daxili məhsulun 31,2% neft sektorunun payına düşmüş, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1% azalıb.
Bu dövrdə ümumi daxili məhsulun 34,2%-i sənayedə, 13,5%-i tikintidə, 10,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,5%-i kənd təsərrüfatı, meşə təs ərrüfatı və balıqçılıq, 5,7%-i nəqliyyat və anbar təsərrüfatı, 2,6%-i turistlərin yerləşdirilməsi v ə ictimai iaşə, 2%-i informasiya və rabitə sahələrində, 17,9%-i isə digər sahələrdə istehsal edilib” - deyə, komitədən qeyd edilib.
Bundan başqa, komitədən bildirilib ki, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ni təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !